Azay Quliyev: `Fransaya etirazımızı bildirməliyik`

14/02/2017 10:10
“Fransa prezidenti Fransua Ollandın erməni diaspor nümayəndələri ilə görüşdə səsləndirdiyi “Xalqlar öz müqəddəratını həll etməlidir” ifadəsi ermənilərin işğalçılıq siyasətinə xidmət edir".
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkil Azay Quliyev deyib.
 
Deputat bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı Fransaya nota verməlidir: “Bu cür hallar dəfələrlə baş verib. Fransanın münaqişə ilə bağlı sərgilədiyi mövqe həmişə erməniləri dəstəkləmək olub. Bu gün separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə Fransaya etiraz notası göndərilməlidir. Onun daşıdığı mandata uyğun olmadığı qeyd olunmalıdır. Bizim XİN bu məsələyə adekvat cavab verməlidir. Azərbaycan olaraq Fransaya öz etirazımızı bildirməliyik”.