Azərbaycanla bağlı mühüm qətnamə qəbul edildi

08/04/2019 16:01
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev az əvvəl tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib: "Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün  Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm".