Azay Quliyev seçicilərini qəbul edib

27/06/2018 22:38

Milli Məclisin deputatı Azay Quliyev bu gün seçicilərini qəbul edib.

 

Deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, əfv, məşğulluq, hüquq məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını deyib.

Deputat bildirib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.