Azay Quliyev: "Əldə etdiyimiz bütün uğurlara görə ulu öndər Heydər Əliyevə borcluyuq" - VİDEO

02/05/2019 22:47
"Dövlətimizin müstəqiliyinin qorunub saxlanılmasına, əldə etdiyimiz bütün uğurlara görə ulu öndər Heydər Əliyevə borcluyuq". 

Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarının ziyarəti zamanı Real TV-yə açıqlamasıda deyib. 
 
A.Quliyev qeyd edib ki, bu gün dövlət başçısı İlham Əliyev Azərbaycanın modern quruculuğu üçün mühüm işlər görür: "Həyata keçirilən islahatlar vətəndaşların rifah halının yüksəlməsinə, dövlətin möhkəmlənməsinə istiqamətlənib. Vətəndaş cəmiyyəti bunu yüksək qiymətləndirir".