“Allah eləməsin, bu hadisə Azərbaycanda baş versəydi…” – Azay Quliyevdən Tvitter mesajı

27/01/2019 20:36
“Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib”.
 
Bu fikirləri Tvitter səhifəsində millət vəkili, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev yazıb. 
 
Hadisəyə özünəməxsus tərzdə münasibət bildirən A.Quliyev beynəlxalq təşkilatların ölkələrə münasibətdə ikili yaşanşamına diqqət çəkib: “Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.
 
Ümid edək ki, heç olmasa Azay Quliyevin bu mesajından sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək müvafiq qətnamə qəbul edəcəklər.