Azay Quliyev Ə.Naxçıvani küçəsinin seçiciləri ilə görüşüb

30/01/2020 23:57
 
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Ə.Naxçıvani küçəsinin sakinləri ilə görüşüb.
 
Azay Quliyevi seçicilər alqışlarla qarşılayıb və son 4 ildə seçicilərə verdiyi dəstəyə görə ona təşəkkür ediblər. Azay Quliyev seçicilərin müraciətlərinin daha operativ həlli üçün ilk dəfə olaraq 2020-ci ildə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsi üçün elektron kabinet yaratdığını deyib və görüş iştirakçılarını e-kabinetdə qeydiyyatdan keçməyə dəvət edib.
 
Görüşdə çıxış edən Ə.Naxçıvani küçəsinin sakinləri Azay Quliyevin deputatlıq fəaliyyətini yüksək qiymətləndirdiklərini və fevralın 9-da böyük mütəşəkilliklə yenidən ona səs verəcəklərini deyiblər.
 
Daha sonra Azay Quliyev seçicilərin şikayət etdikləri həyətlərə baxış keçirib. Azay Quliyev görüşdə qaldırılan məsələləri müvafiq qurumlarla nüzakirə edərək həllinə çalışacağını bildirib.