Azay Quliyev: Ermənilərin cani və cinəyatkar olduqları bir daha dünya ictimaiyyətinə çatdırıldı

12/07/2017 16:22

Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və bir qrup deputat iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçiriblər.
 
ATƏT PA vitse prezidenti Azay Quliyev Avropa parlamentarilərinin Ermənistanın törətdiyi ağır cinayətlə bağlı fikirlərini səsləndirib. Azərtac-ın hazırladığı video reportajı təqdim edirik.