“İlham Əliyevin qətiyyəti və cəsarəti nəticəsində düşmən ağ bayraq qaldırdı”

12/11/2020 19:07

Azərbaycan xalqı tarixə qızıl hərflərlə yazılacaq şərəfli, son iki yüz il ərzində ilk dəfə olaraq möhtəşəm belə bir qələbə qazandı.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Millət vəkili sözlərinə görə, bu qələbənin şirinliyi ondadır ki, Azərbaycan xalqı bu qələbəni döyüş meydanında   qəhrəmancasına döyüşərək, şəhid verərək, şəhid qanı bahasına qazandı. “Xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qəhrəman  Azərbaycan ordusu qısa zaman ərzində 5 şəhər, 4 rayonu, 300-dək qəsəbə və kəndi, xeyli sayda  strateji hərbi yüksəklikləri fəth edərək azğın düşmən ordusunun canlı qüvvəsini, onun silah-sursatını, hərbi texnikası  döyüş meydanında məhv etdi. Düşmən qəhrəman ordumuz qarşısında tab gətirməyərək mövqelərini qoyub canını xilas ertmək üçün qaçdı. Azərbaycan ordusunun döyüş meydanındakı döyüş bacarığını, apardığı döyüşü  mənfur düşmən belə özü etiraf edir.   Hərbi əməliyyat bölgəsində iştirak edən  xarici ölkə mediasının nümayənədləri, xarici ölkələrin hərbi ekspertləri də Azərbaycan ordusunun  gücü, döyüş qabliyyətinə, bacarığına malik olduğunu qeyd ediblər. Odur ki, biz haqq etdiyimiz qələbəni döyüş meydanında , qan töküb, şəhid verərək qazandıq. Ordumuz qısa müddətdə Azərbaycan mənəvi paytaxtı olan Şuşanı işğaldan azad etməklə, düşməni diz çökdürüb ağ bayraq qaldırmağa vadar etdi. İşğalçı Ermənistanı kapitulyasiyaya  vadar etdi”- millət vəkili qeyd edib.

Millət  vəkili əlavə edib ki,  bununla da  xilaskar lider, fateh sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu uzun illər boyu barələrində formalaşdırdığı  erməni məğlubedilməzliyi ideologiyasını, mifi  darmadağın etdi: “Ona görə də  Azərbaycanın əldə etdiyi qələbə çox böyük tarixi bir qələbədir. Bununla Azərbaycan  nəinki bölgədə, dünyada necə güclü, qüdrətli dövlət və orduya malik olduğunu sübut etdi. Bu qələbə Azərbaycan xalqını dünyaya qalib,  məğrur, yenilməz xalq olduğunu nümayiş etdirdi. Dünya xilaskar lider, fateh sərkərdə İlham Əliyevin belə bir mürəkkəb  münaqişəni  həll etmək qabliyyətinə malik  uzaqgörən, müdrik, qətiyyətli, cəsarətli siyasətçi olduğunu gördü. Məhz  cənab Ali Baş Komandan İlham Əliyevin  yürütdüyü  cəsarətli siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu.  Hansı ki, nə dünyanın aparıcı dövlətləri, nə dünya gücləri, beynəlxalq gücləri münaqişənin nəinki güc, heç danışıqlar yolu ilə həllinə imkan verməyib, mane olurdular.  Ancaq və ancaq müzəffər sərkərdə, Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi nəticəsində münaqişə danışıqlar yolu ilə deyil, hərb yolu ilə həll etməyə nail oldu. Bu dünyada çox nadir münaqişərlərdəndir ki, hərb yolu ilə həll olundu. Çünki dünya gücləri və beynəlxalq aləm münaqişəni sülh yolu ilə həll etmədi və aparılan danışıqlar səmərəsiz oldu. Baxmayaraq ki, cənab Prezident dəfələrlə bəyan etdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və bir kvadratmetr ərazimizin işğal altında qalmasına razı olmayacaq. Alternativlərdən istifadə etməklə ərazi bütövlüyümüzü bərpa edəcəyik. Lakin nə  münaqişənin həlli ilə birbaşa məşğul  olan  ATƏT-in Minsk qrupu  və həmsədrlər ölkələr, nə də  dünya gücləri buna ciddi əhəmiyyət vermədilər. Hər vasitə ilə Azərbaycanı mövcud reallıqla barışmağa vadar edirdilər. Ötən müddət ərzində biz Minsk qrupunun səmərəsiz bir institut olduğunu gördük. Hətta MQ-nin həmsdər ölkələrindən olan Fransanın verdiyi bəyanatlar  nəinki bir vasitəçi ölkəyə, ümumiyyətlə  beynəlxalq hüquq adına  yaraşmayan hərəkət idi. Fransanın belə bir mövqe sərgiləməsi beynəlxalq hüququn qorunması isitqamətində atdığı səylərin hamısnın üstündən xətt çəkməsi deməkdir.  Belə bir dünyada  və  mürəkkəb beynəlxalq vəziyyətdə əhalisi sayca az, ərazizi kiçik olan bir dövlət  dünya güclərinin ona maneçilik yartmasına baxmayaraq, xalq-iqtidar-ordu bir yumruq kimi birləşib, dünyaya dəmir yumruğunu göstərib, torpaqlarını işğaldan azad etdi. Azərbaycan  hərbi əməliyyatlara başalamaqla  yeni geosiyasi düzəm yaratdı. Azərbaycan təkcə  Cənubi Qafqazda deyil, Avrasiya məkanında  necə güclü və qüdrətli dövlət  olduğunu sübut etdi”.

Azay Quliyev  bildiirb ki,  Azərbaycanın qələbəsində dost və qardaş Türkiyənin də payı var: “Prosesin ilk günündən Türkiyə Azərbaycanın haqq mübarizəsinin yanında oldu. Bu gün dünya Türkiyə, Azərbaycan qardaşlığını müzakirə etməkdədir. Bundan sonra  Azərbaycan və Türkiyə arasındakı əlaqələrə daha sıx olacaq  və çox birgə işlər görəcəklər. Ona görə də bu qələbənin əhəmiyyəti o qədər böyükdür ki, bu barədə günlərlə danışsan bitməz”.

 Əldə edilən qələbənin əhəmiyyətindən danışan millət vəkili  bildirib ki, iki ay öncə  Azərbaycanın belə bir qələbə çalacağını kimsə ağlına gətirə bilməzdi: “Məhz  həyata keçirilən düşünülmüş, məqsədyönlü, müdrik siaysət bir an içində vəziyət dəyişdi.  2 ay bundan öncə tamamilə fərqli, məlub situasiyadan, qalib ölkəyə çevrildik. İşğalçı ermənilərin 30 il ərzində  Dağlıq Qarabağın  müstəqil dövlət kimi tanınması və yaxud da Ermənistana birləşdirməsi istiqamətində fəaliyyətini heçə endirdik. Erməni lobbisi haqqında yaradılan mifi puça çıxdı. Onların səyi puça çıxdı. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə,  təqvimindəki  işğal günlərini   qısa müddətdə sildi. Bundan sonra həmin bölgələrdə insanlar  torpaqlarının işğaldan azad olunma günlərini bayram kimi qeyd edəcəklər.  Tezliklə bir molyonadək məcburi köçkünümüz  öz ata yurdlarına dönəcək. Orada yeni bir  cənnət Azərbaycan qurulacaq. Həyat yenidən öz axarına qayıdacaq. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat canlandıqca   iqtisadiyyatımız, turzim , kənd təsərrüfatı  sürətlə inkişaf edəcək və ölkəmizin gücünə əlavə güc qatacaq. Bu qələbənin ən mühüm nailiyyətlərindən biri də uzun müddət blokada şəraitində olan Naxçıvana  quru yolun açılması olacaq. Naxçıvanla birbaşa quru yolunun yaradılması təkcə Naxçıvan üçün yox, bütövlükdə Türk dünyasını birləşdirəcək bir yol olacaq. Odur ki, bu qələbənin tarixi  əhəmiyyəti barədə danışdıqca bitməz.  Bu qələbə necə bir böyük uğura imza atdığımızı sübut edir. Azərbaycan ordusunun bu qələbəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq və öyrəniləcək. Çünki  Azərbaycan  hərbi əməliyyatlar zamanı təkcə döyüş meydanındakı  döyüş bacarığınız yox, həm də yeni nəsil, ən müasir hərbi texnologiyalardan necə məharətlə istifadə edib, az  itki verməklə, qısa zamanda qələbə qazanmasını nümayiş etdirdi. O baxımdan da  bu qələbənin  siyasi, ideoloji, hərbi, iqtisadi və digər cəhətlərdən böyük önəmi var”.

Millət vəkili onu da qeyd edib ki,  Azərbaycan xalqı nümayiş etdirdiyi birliyi bundan sonrada qoruyub saxlamalıdır: “Çünki qarşıda hələ çox böyük məqəsdlərə  nail olmaq üçün strateji hədəflərimiz var.  Bu birlik və göstərdiyimiz fədəkarlıqlar  həmin  hədəflərə çatmağımıza imkan verəcək.   Bun əminəm. Ona görə də Ulu öndərin dediyi kimi fəxr edirəm ki, azərbaycanlıyam..  Xoşbəxt xalqıq ki,  xaqlın taleyüklü  məsələlərini üzərinə götürüb, onu layiqincə yerinə yetirmək qabliyyətinə malik İlham Əliyev kimi xilaskar liderimiz, fateh sərkərdəmiz və Ali Baş Komandanımız  var. Bu fəxrlə deyə bilirik ki. Biz qalib xalqın nümayəndəsiyik. Bu sevinci, məğrurluğu yaşadan, qəddimizi düzəlməsinə səbəb olan qəhrəman ordumuz var.  Cəsur əsgərimiz dünyada mümkün olmayanı  gerçəkləşdirdi. Odur ki, bütün əsgərlərimiz, qələbə uğrunda  canlaırndan keçən şəhidlərimiz və yaralılar, onların valideynləri, anaları, bacı qardaşları, övladları qarşısında baş əyirəm. Şəhid ailələri, valideynləri, anaları, övladlarına, bacı, qardaşları bilməlidirlər ki, onlar bu gün dünyanın ən hörmətli və sevimli insanlarıdır. Onların ruhu və xatirələri dünya durduqca qəlbimizdə yaşayacaq. Vətən onları unutmayacaq. Onların qəhrəmanlığı barədə dastanlar yazılacaq. Çünki bizlər onların sayəsində  bükülümüş qəddimiz dikəlib, qalib, yenilməz bir xalqa çevrilmişik. Bu qələblərə onların sayəsində oldu. Biz onlara hər zaman borcluyuq və borclu olacağıq.  Bu  böyük tarixi qələbə münasibəti ilə bir daha xalqımızı təbrik edirəm. Əminəm ki, biz xilaskar lider İlham Əliyevin rəhbərliyi altında hələ çoxsaylı qələbələrə imza atacağıq”.

 

Mənbəyə keçid:

https://olke.az/siyaset/209283/deputat-ilham-eliyevin-qetiyyeti-ve-cesareti-neticesinde-dusmen-a-bayraq-qaldirdi/