Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib

30/04/2021 18:00

Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

 

Mənbəyə keçid:

https://musavat.com/news/azay-quliyev-qht-lere-dovlet-desteyi-agentliyinin-musahide-surasinin-sedri-secilib_796832.html