Azay Quliyev: Bu gün QHT sektoru şəffafdır, sağlamdır

03/02/2017 22:10
"Bu gün QHT sektoru çox şəffafdır, sağlamdır". Bunu ASAN Radionun "QəbuldASAN" verilişində Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib. O, bir vaxtlar xaricdən maliyyələşən bəzi təşkilatların Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərməsi məsələsinə aydınlıq gətirib:
 
"Çox təəssüflər olsun ki, vaxtilə belə hallar olubdur və indi belə halların qarşısını maksimum dərəcədə almaq üçün dövlət tərəfindən müəyyən addımlar atılıb. Xüsusilə, parlamentdə müvafiq qanunvericiliyə dəyişiklik edilib. Bizim məqsədimiz şəffaf və açıq olub,bunu demişik. Çox az sayda QHT var ki, bilavasitə xarici donor institutlarının və yaxud onları dəstəkləyən qurumların bilavasitə təlimatı ilə işlər görürlər. Amma bu gün bütövlükdə QHT sektoru şəffafdır, sağlamdır".