Azay Quliyev seçicilərini qəbul edib

25/11/2019 18:22

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərini qəbul edib. Deputat seçicilərin sosial, əfv, məşğulluq, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Seçicilərin qaldırdığı bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, görüşdə Binəqədi Rayon Məşğulluq Mərkəzinin rəisi Anar Bağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Rahil Şükürov da iştirak edib.
 
Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.