Azay Quliyev: Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək

22/01/2019 15:21
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Qulyev həbsdəki bloger Mehman Hüseynov barəsində açılmış yeni cinayət işinin xitam olunması haqqında özünün sosial şəbəkədəki hesabında qeydlər paylaşıb.
 
Deputat deyib ki, Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əleyhinəyaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu: “ Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək”.