Seçicilərin qaldırdığı məsələ Azay Quliyev və Elxan Abdullayev tərəfindən nəzarətə götürüldü

23/09/2019 23:56
Millət vəkili Azay Quliyev sentyabrın 20-də seçiciləri qəbul edən zaman Binəqədi rayonu Ə.Naxçıvani küçəsində yaşayan sakinlərin adından ona müaraciət edilmişdir. Müraciətdə minlərlə vətəndaşın yaşadığı 8 binanın həyətini əhatə edən sahədə tikinti işlərinin aparılmasına hazırlıq getdiyi bildirilmiş və bundan narahat olan sakinlər millət vəkilindən məsələyə müdaxilə etməsini xahiş etmişlər.
 
Bu gün sakinləri narahat edən məsələnin yerindəcə araşdırılması məqsədilə deputat Azay Quliyev Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə birlikdə həmin əraziyə gəlmiş və müvafiq baxış keçirmişlər. İcra başçısı və deputat ərazidə yaşayan sakinlərlə görüşüb, bir daha onların müraciətlərini dinləmişlər. Sakinlər binaların həyətlərində hər hansı bir obyektin və ya binanın tikilməsi üçün görülən hazırlıqdan ciddi narahat olduqlarını, bu hal baş verərsə onların istirahət hüququnun və sərbəst hərəkət imkanlarının ciddi şəkildə məhdudlaşacağını bildirdilər. Vətəndaşlar deputat və icra başçısından bu ərazidə qanunvericiliyin tələbləri çərçivəsində istirahət parkının salınmasını xahiş etdilər.
 
Deputat Azay Quliyev və icra başçısı Elxan Allahverdiyev sakinlərin qaldırdığı məsələlərin araşdırılacağını və onların xahişinin reallaşması üçün müfaviq addımların atılacağını qeyd etdilər.