Azay Quliyev məşğulluq, səhiyyə, hüquq və əfvlə bağlı müraciətləri dinləyib

13/04/2017 20:15
Bu gün Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib. 
 
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında baş tutan görüşdə Azay Quliyev seçicilərin məşğulluq, səhiyyə, hüquq, əfv və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Millət vəkili səsləndirilən problemlərin həll edilməsi üçün müvafiq qurumlarla əlaqə saxlayacağını və növbəti görüşədək bütün məsələlərin araşdırılacağını qeyd edib.
 
Deputat həmçinin Milli Məclisdə qaldırdığı məsələlər, qəbul olunan qanun və qərarlar haqqında da seçicilərinə ətraflı məlumat verib.