Azay Quliyev seçiciləri ilə görüşdü

08/09/2016 20:10
Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
 
Görüşə gələn Binəqədi rayonu, K. Rəhimov 53 A ünvanında yerləşən yataqxananın bir qrup sakini yaşadıqları binanın qəzalı vəziyyətdə olmasını və hər an uçma təhlükəsilə üz-üzə olduğunu diqqətə çatdıraraq millət vəkilindən bu məsələdə onlara yardımçı olmasını xahiş ediblər.
 
Azay Quliyev sakinlərə sözügedən binanın vəziyyəti ilə tanış olduğunu və bu məsələni yaxın günlərdə aidiyyəti qurumlar qarşısında qaldıracağını bildirib.
 
Sonra millət vəkili digər seçiciləri narahat edən məsələlər, xüsusi olaraq məşğulluq, mənzil problemi, tikinti, ticarət, təhsil məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qərarlar qəbul edib.