Azay Quliyev seçiciləri ilə görüşüb

27/04/2016 19:18
27 aprel 2016-cı ildə deputat Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib. 
 
Seçicilərin müraciətləri əsasən əfv, səhiyyə, sahibkarlıq, məşğulluq, təhsil, məhkəmə qərarlarının icra vəziyyəti və müxtəlif dövlət qurumları ilə bağlı məsələləri əhatə edib. Müraciətlərin bir çoxunun həlli ilə bağlı yerindəcə qərar qəbul edən Azay Quliyev, digər məsələlərin icrası istiqamətində də müvafiq addımlar atacağını bildirib.