Bu qanunun tətbiqi nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılıb. İctimai Şuraların əsas vəzifəsi qərar qəbulu prosesində vətəndaşların iştirakını təmin etmək və hökumətin fəaliyyətinə ictimai nəzarəti gücləndirməkdən ibarətdir.